Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİN açıq havada maskanın məcburi olacağı ilə bağlı məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) növbəti həftələrdə açıq havada maskanın məcburi olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

RegionTV.info  xəbər verir ki, DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O, hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarının olmadığını deyib.

Qeyd edək ki, bəzi sosial media platformalarında növbəti həftələrdən açıq havada maskanın məcburi olması ilə bağlı məlumatlar yayılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də