Türkiyə Milli Kəşfiyyat Təşkilatının başçısı Hakan Fidan Suriya Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Məmlük Bağdadda görüşəcək.
RegionTV.info xəbər verir ki, məlumatı “Türkiye” yayıb.
“Görüş yeni prosesin başlanğıcı ola bilər. Artıq Rusiya və İran kimi ölkələrin vasitəçiliynə ehtiyac yoxdur. Hakan Fidanın iştirakı ilə müəyyən fəallaşma diplomatiya və siyasi sahədə yeni dövrün təməlini qoyacaq”, - bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahın Kəşfiyyat idarəsinin keçmiş rəisi İsmayıl Hakkı bildirib.
Qeyd edək ki, Hakan Fidanla Əli Məmlük sonuncu dəfə 2020-ci ilin yanvarında Moskvada görüşüb.
Xəbəri paylaş