Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabı çapdan çıxıb.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hamza Dağ tviter səhifəsində məlumat verib.
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın siyasət yürüyüşündə haqqı və həqiqəti yüksək səslə müdafiə etmək uğrunda verdiyi mübarizəni öz qələmindən oxumaq fürsəti tapacağımız kitabı bütün kitab mağazalarında bizi gözləyir”, - H.Dağ qeyd edib.
Bildirilib ki, kitab “Daha Adil Bir Dünya Mümkün” (“Daha ədalətli bir dünya mümkündür” – red.) adlanır.
Kitabın üz qabığının arxa hissəsində “Uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kim məsum deyil” ifadəsi əks olunub.
Xəbəri paylaş