Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının daha bir neçə üzvü Bakıya qayıdıb.
RegionTV.info-nun məlumatına görə, bununla əlaqədar Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi qarşılama mərasimi təşkil edib.
Yarışda 3 qızıl medal qazanan Roman Saley (para-üzgüçü), digər paralimpiya çempionları Vəli İsrafilov (para-üzgüçü) və Orxan Aslanov (para-atlet), 7-ci yerlə kifayətlənən Samir Nəbiyevlə (para-atlet) Əbülfəz Abuzərlini (parataekvondoçu) Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti və yaxınları qarşılayıb.
Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.
Xəbəri paylaş