
RegionTV.info xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 245 264-ə çatıb. Son sutkada koronavirusdan 13 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 924-ə yüksəlib.
Koronavirusa yoluxan 229 559 nəfər sağalıb. Hazırda 9 617 pasiyent müalicə olunur.