
RegionTV.info xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi məlumat yayıb.
Məlumata görə, müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 19 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb. Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub, 42 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.
Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 213 olub, aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub, elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 3 qeyri-qanuni qoşulma faktı aşkar edilib.
“Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələrinin iştirakı ilə 4 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib. Agentlik 7 inzibati xəta haqqında protokol tərtib edib və 8 qərar verib.