
RegionTV.info xəbər verir ki, aktrisa ilk dəfə boşanmanın əsl səbəbini açıqlayıb. O bildirib ki, uzun müddət keçmiş əri ilə mübarizə aparıb. Hər zaman övladlarının təhlükəsizliyi onu narahat edib.
"The Guardian"a müsahibə verən Coli "Haqlarını bil və tələb et: gənclər üçün bələdçi" kitabından misal çəkib.
Jurnalistin Bredlə bağlı suallarını Ancelina cavabsız qoyub. O bildirib ki, məhkəmə davam etdiyi üçün bu haqda çox danışa bilmir. O, zorakılığa məruz qaldığını üstüörtülü vurğulayıb.