Saray qəsəbəsində yaşayış evi yanıb
Tarix: 6-09-2021, 08:20 Xəbərə baxış: 82
Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin döşəməsi 6 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin və hamam otağının lambirindən ibarət tavanı 25 m² sahədə əriyib.RegionTV.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.