
RegionTV.info-nun məlumatına görə, Ədliyyə Nazirliyindəki mənbə “Agence France-Presse”ə bildirib ki, Saadi bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən həbsdən azad edilib.
Baş prokuror bütün lazımi şərtlər yerinə yetirildikdən sonra qərarın icrasını istəyib.
Xatırladaq ki, 2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra ailəsi və yaxınlarının həbsinə qərar verilmişdi. 1973-cü il təvəllüdlü Saadi Nigerə qaçsa da, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.