Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Mübahisə zəminində bıçaqlanan 1977-ci il təvəllüdlü Orucov Abdulla Cümşüd təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona bədənin müxtəlif nahiyələrində beş ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Xəbəri paylaş