“Sərhəd təhlükəsizliyimizi təmin edərək teror dəhlizini dağıtmışıq”.
RegionTV.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Sərhəd təhlükəsizliyimizi təmin edərək cənubumuzu hədəfləyən terror dəhlizini dağıtmışıq. Ard-arda gələn siyasi, sosial, iqtisadi hücum dalğasından sonra pandemiya və təbii fəlakətlərlə böyük imtahanlardan keçdik. Bu qədər müsibətdən təkcə biri başqa ölkədə yaşansa, bu böhranın altından çıxıla bilməzdi, amma biz çıxdıq”, - o bildirib.
Xəbəri paylaş