Azərbaycanın əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib.
RegionTV.info xəbər verir ki, Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini N.Sadıxova 57 yaşında vəfat edib.
Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub. 1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.
2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi ” fəxri adı ilə təltif edilib.
Xəbəri paylaş