Millət vəkili, bəstəkar Novruz Aslan yeni açıqlaması ilə diqqət çəkib.
RegionTV.info xəbər verir ki, "Özəl" verişində musiqimizin hazırkı vəziyyətindən danışan deputat, onun tənəzüllə uğramaq üzrə olduğunu, buna isə hər kəsin səssiz qaldığını bildirib:
“Əfsuslar olsun ki, bu gün bizim musiqimiz tənəzzülə doğru gedir və uçurumu saxlamaq lazımdır. Amma nədənsə hamı susur. Bir zamanlar həvəskar bəstəkarlara qarşı mübarizə var idi. Bu günkü gündə isə musiqimiz böyük problemlərlə qarşılaşıb. Amma bu susqunluq niyədir? Cavab tapa bilmirəm. O vaxt aktiv fəaliyyət var idi. İndi plagiat musiqidə olan qloballaşma prosesi ilə üzləşmişik. Musiqinin sərhədləri artıq yoxdur.
Xəbəri paylaş