
RegionTV.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri Ramik Əşrəfov məlumat verib.
O bildirib ki, ilkin ehtimala görə ərazidən keçən elektrik xətlərində baş verən qısaqapanma yanğına səbəb olub: “Yanğın zamanı kol-kos və quru ot yanıb. Həmçinin ərazidə olan eldar şamı ağaclarına ziyan dəyib. Yanğın 2 ha-a yaxın ərazini əhatə edib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır və dəymiş ziyan hesablanır. Yanğın lokallaşdırılaraq qarşısı alınıb”.