Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanda koronavirusdan üçüncü körpə ölümü qeydə alınıb

Tbilisidə Tstsişvili adına uşaq xəstəxanasında koronavirusa yoluxan daha bir körpə vəfat edib.

RegionTV.info  xəbər verir ki, 17 günlük körpə ağır vəziyyətdə Batumidən Tbilisiyə çatdırılıb.

Körpə xroniki xəstəliklərdən də əziyyət çəkirmiş. Səkkiz gün ərzində klinikada müalicə olunmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, bu, Gürcüstanda COVID-19 infeksiyasından dünyasını dəyişən sayca üçüncü körpədir. İlk iki ölüm halı bu ilin iyul ayında qeydə alınıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də