Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sevinc Hüseynova transgenderləri təhdid etdi: “Sizi harada görsəm, məhv edəcəyəm”

Bloqer Sevinc Hüseynova transgenderləri təhdid edib.
 
RegionTV.info-nun xəbərinə görə, S.Hüseynova bildirib ki, harada transgender görəcəksə, məhv edəcək.
 
“Trans var idi, o necə öldürüblərsə, sən də elə öləcəksən. Bu da mənim ismarışım olsun. Ay translar, digər “üzdəniraq”lar, həddinizi bilin, həddinizi aşmayın. Sizə xəbərdarlıq edirəm. Hələki öz adımdan danışıram. Qarşıma çıxsanız, sizi məhv etmək üşün əlimdən nə gəlirsə, edəcəyəm. Oğlanlara, kişilərimizə, qardaşlarımıza, elə qızlarımıza da müraciət edirəm, bunları harada görsəniz, çırpın” – o bildirib.
 
Transgenderlər də buna cavab olaraq hüquq mühafizə orqanlarına müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, həyatları təhlükə altındadır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də