Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistandan korrupsiyada təqsirləndirilən məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb

Serbiyada Şimali Makedoniyanın ATƏT-dəki nümayəndəliyinin rəhbərinin müavini Mile Milenkovski saxlanılıb.

RegionTV.info  xəbər verir ki, diplomat avqustun 27-də “Preşevo” sərhəd-keçid məntəqəsində Serbiyadan Şimali Makedoniyaya keçməyə çalışarkən tutulub.

Şimali Makedoniyanın “Alsat-M” telekanalının məlumatına görə, Serbiya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.

M.Milenovskinin saxlanmasına səbəb 2018-ci ildə onun başçılığı ilə Şimali Makedoniyanın üç diplomatının Ermənistanın keçmiş hakimiyyətinin adı açıqlanmayan, korrupsiyada və külli miqdarda mənimsəmədə ittiham olunan təmsilçisinin Ermənistandan qaçmasına kömək etməsi olub.

Bildirilib ki, cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də