Pakistanın Karaçi şəhərində leysan yağışlar nəticəsində yaranmış insidentlərdə biri uşaq olmaqla, 4 nəfər həyatını itirib.
RegionTV.info xəbər verir ki, son günlər Karaçi şəhəri və ətraf bölgələrdə şiddətli yağışlar müşahidə olunur.
Leysan yağışların şəhərin müxtəlif yerlərində səbəb olduğu qəza və bədbəxt hadisələr nəticəsində 4 nəfər ölüb. Həyatını itirənlərdən birinin azyaşlı olduğu qeyd edilib.
Elektrik enerjisi təchizatında problemlər yaranıb, yollara ziyan dəyib.
Pakistanın Meteorologiya Departamentindən verilən məlumata görə, şiddətli yağışların davam etməsi gözlənilir. İnsanlara diqqətli olmaq və ehtiyatlı davranmaq tövsiyə olunub.
Xəbəri paylaş