“Taliban” Pəncşirin daha 2 bölgəsini nəzarətə aldığını elan edib Tarix: 4-09-2021, 11:23 Xəbərə baxış: 185 Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətində daha 2 bölgəni nəzarətə aldığını açıqlayıb.RegionTV.info xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndələri məlumat veriblər.Bildirilib ki, Pəncşir vilayətinin Hinc və Ənnaba bölgələri “Taliban”ın nəzarətinə keçib.Hinc bölgəsinin strateji əhəmiyyətli ərazi olduğu vurğulanıb.