
RegionTV.info xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 244 602-yə çatıb. Son sutkada koronavirusdan 12 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 904-ə yüksəlib.
Koronavirusa yoluxan 228 736 nəfər sağalıb. Hazırda 9 800 pasiyent müalicə olunur.