
RegionTV.info-nun məlumatına görə, Yanğının söndürülməsi üşün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Yaxınlıqdakı ümumi sahəsi 208 kv/m olan 5 otaqlı yardımçı tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.