
RegionTV.info xəbər verir ki, gündəmdəki məsələ İttifaqın öz hərbi qüvvəsini yaratması olub. İclasda iştirak edənlər Əfqanıstanda baş verən son hadisələrin bu ehtiyacı gündəmə gətirdiyini qeyd ediblər.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borell bildirib ki, Avropa hərbi qüvvəsinə ehtiyac indiyə kimi bu qədər özünü büruzə verməmişdi.