COVID-19-a yoluxan şəxslərin həkimə gec müraciət etməsi və ev şəraitində yalnış müalicə alması gənclər arasında ölüm hallarının artmasına səbəb olur.
RegionTV.info-nun məlumatına görə, bunu T"BIB-in nümayəndəsi Nəzrin Mustafayeva deyib.
O bildirib ki, yoluxma sayı artdıqca əhalinin bütün yaş qruplarında yoluxma faizi də artmış olur. Eyni zamanda, ölüm hallarının kəskin artması da müşahidə olunur. Bunun da bir neçə səbəbi var.
TƏBİB-in nümayəndəsi qeyd edib ki, məhz gənclərimizi qorumaq məqsədilə onlara peyvənd imkanları təqdim olunub. Getdikcə yaş məhdudiyyəti azaldılaraq 18 yaşa da tətbiq olunur.
"Artiq 8 aydır ki, ölkəmizdə vaksinasiya prosesi icra olunur. Onlar bu imkanlardan istifadə edərək özlərini ağır xəstəlikdən qorumuş ola bilərlər",- deyə Nəzrin Mustafayeva qeyd edıb.
Xəbəri paylaş