BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstana humanitar dəstək verən ölkələrə təşəkkür edib.
RegionTV.info xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarik mətbuat konfransında bildirib.
O, təklifləri və öhdəlikləri ilə üzv ölkələrin BMT-nin bölgədə fəaliyyətinin davamlılığına böyük töhfə verdiyini deyib: “Baş katib üzv dövlətlərin-Danimarka, Qazaxıstan, Şimali Makedoniya, Pakistan, Polşa, Qətər, Birləşmiş Ərəb Əmirliklərinin səxavətinə görə onlara minnətdarlığını bidirir. Bunula yanaşı, ABŞ da Əfqanıstanda BMT əməliyyatlarının davam etdirilməsi üçün əlverişli imkanlar və tədbirlər görüb.
Hazırda Əfqanıstanda əhalinin üçdə biri, 12 milyondan çox insan, qida çatışmazlığı ilə üzləşib və vəziyyətin daha da pisləşəcəyi gözlənilir.
Beynəlxalq birliyi Əfqanıstana və əfqan xalqına göz yummamağa çağırırıq”.
Xəbəri paylaş