
RegionTV.info xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumatda deyilir ki, çərşənbə və cümə axşamı ABŞ-ın şimal-şərqində "İda" qasırğasından sonra güclü yağış yağıb, 5 əyalətdə avtomobilləri, metro stansiyalarını və evləri su basıb. Qurbanların çoxu öz maşınlarında imiş.
Nyu-Cersidə ən azı 25, Nyu-Yorkda isə 11 nəfər təbii fəlakətin qurbanı olub.