Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Məmmədova Xəzangül Bəhram qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona başın ənsə nahiyyəsinin əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş