Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəranda ata 9 yaşlı oğlunun boğazını kəsib, sonra intihar edib

Lənkəran rayonunda ata 9 yaşlı oğlunun boğazını kəsib, sonra intihar edib.

RegionTV.info-nun məlumatına görə, hadisə rayonun Zövlə kəndində baş verib.

Belə ki, yaxınları hadisədən bu gün xəbər tutublar. Onlar ata və oğlunun meyitlərini kəndə yaxın ərazidə - Ulum çayından tapıblar.

İlkin məlumatlara görə, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov 9 yaşlı oğlu Vahid Məmmədovun boğazını kəsib, daha sonra özü də arteriyal qan damarını kəsərək intihar edib. Onun meyiti isə çaya düşüb.

Yaxınları bildirib ki, Ş.Məmmədov məhkumluq həyatı yaşayıb. Ailəsi ilə boşanıb. Oğlu da anası ilə yaşayıb. Bir müddət əvvəl oğlu V.Məmmədov atasının yanına qayıdıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də