
RegionTV.info xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.
“Həm dənizdən, həm sahildən müdaxilə edilir. Açıq dənizə axan neft sızıntısı Şimali Kipr Türk Respublikasının da sularına doğru irəliləyir. Hazırda toplam 6 gəmi ilə təmizlik işləri davam etdirilir”, - o vurğulayıb.
Qeyd edək ki, Suriyanın şimal-qərbindəki Banyas şəhərindən Aralıq dənizinə axan neft sızması nəticəsində dənizin şərq hissəsi çirklənib.