Qəbələ rayonunda məktəbli qız özünü asıb.
RegionTV.info-nun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində baş verib.
Belə ki, 2008-ci il təvəllüdlü Həlimə Emin qızı Hüseynova özünü asaraq intihar edib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş