Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət almaqda təqsirli bilinərək saxlanılan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilovun qardaşı oğlu olduğuna dair iddialar irəli sürülüb.
RegionTV.info xəbər verir ki, Məsələ barədə Dövlət Gömrük Komitəsi (DGK) açıqlama yayıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, həmin iddialar həqiqətə uyğun deyil:
“Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olmasına dair məlumatlar yalandır”.
Xəbəri paylaş