Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Kişi dövləti”nin lideri Azərbaycanla sərhəddə saxlanılıb?

Rusiyada özünü “Kişi dövləti”nin lideri kimi təqdim edən Vladislav Pozdnyakov saxlanılıb.

RegionTV.info  xəbər verir ki, bu barədə məlumat Pozdnyakovun teleqram kanalında paylaşılıb.

Bununla yanaşı, Rusiyanın Federal Təhlükəsizlik Xidməti sözügedən bu məlumat barədə açıqlama yayıb.

“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsi Vladislav Pozdnyakovu saxlamayıb. Ola bilsin, onu Azərbaycan sərhədçiləri saxlayıb. Lakin biz yox”, - deyə məlumatda qeyd olunub.

Həmçinin, Rusiyanın hüquq-mühafizə orqanlarında bir mənbənin “Lenta.ru”ya verdiyi məlumata görə, V.Pozdnyakovun saxlanılmasına səbəb telefon terrorçuluğu ola bilər.

Qeyd edək ki, “Kişi dövləti” bir müddət əvvəl “Tanuki” restoranlar şəbəkəsinin saytına hücum təşkil edib. Buna səbəb isə qara dərili və LGBT icmasının bayrağı ilə post paylaşması olub.



Hücumlardan sonra şirkətin nümayəndələri Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirliyinə müraciət edərək Pozdnyakovun teleqram kanalının bağlanmasını tələb ediblər. Bundan başqa, “Tanuki”yə hücumdan sonra bir sıra Rusiya vətəndaşları təhlükə ilə bağlı narazılıqlarını ifadə ediblər.

Xatırladaq ki, “Kişi dövləti” 2016-cı ildə Vladislav Pozdnyakov tərəfindən VKontakte sosial şəbəkəsində yaradılıb. 2017-ci ildə isə təşkilatın regional bölmələri yaranmağa başlayıb. Bununla yanaşı, “VKontakte” 2020-ci ildə təşkilatın səhifəsini zorakılığa çağırış etdiyindən bloklayıb. Bunun ardınca, “Kişi dövləti” öz fəaliyyətini fəal olaraq teleqramda davam etdirməyə başlayıb. “Kişi dövləti” nasionalist və qadınlara qarşı zorakılığa çağırışla bağlı postlar paylaşır və şəbəkə ilə onlara qarşı hücumlar təşkil edir (qafqazinfo).
 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də