
RegionTV.info xəbər verir ki, bu barədə prodüserin rəfiqəsi, aparıcı Fira Cəlilova məlumat verib.
Onun sözlərinə görə, S. Cahid bir müddət əvvəl Bakı Sağlamlıq Mərkəzinin uroloq-androloqu Dr. Niyaməddin Əliyev tərəfindən əməliyyat olunub. İddiasına görə, həkim səhvi ucbatından prodüserin səhhəti daha da pisləşib, böyrəyinə qoyulan stend çıxarıldıqdan sonra hərarəti artıb: “Vəziyyəti kritikdir, Türkiyəyə aparılıb. Orada həkimlər təcili konsilium ediblər. Bildiriblər ki, cərrahi müdaxilə zamanı infeksiya keçib. Qırmızı qan hüceyrələri də həddən artıq düşüb. Bakıda olan həkim isə telefonlara cavab vermir”.