Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Neft Daşlarında dalğanın hündürlüyü 3,6 metrə çatıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

RegionTV.info  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 3-ü saat 10.00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, Qusarda isə 0.3 mm yağış yağıb, bəzi rayonlarda şimal-qərb küləyi güclənib.

Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Zərdab, Ağdam, Mingəçevirdə 24 m/s, Şərur, Ağstafada 20 m/s, Xaçmaz, Ceyrançöldə 18 m/s, Kəlvəz, Yevlax, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s

Bakıda və Abşeron yarımadasında : Bakıda arabir 23 m/s, Neft Daşlarında 24 m/s, Pirallahı, Qum adası, Çilov adasında 20 m/s, Maştağada 19 m/s, Sumqayıt, Binə 18 m/s -dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də