Gəncədə kişi hamilə həyat yoldaşını döyüb.
RegionTV.info xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, 1999 təvəllüdlü T.Məmişova həyat yoldaşı 1992-təvəllüdlü Muraz İsgəndərov tərəfindən döyülüb.
Qadın aldığı ağır bədən xəsarətlərindən 18-19 həftəlik hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş