Yeni Zelandiyada Oklend şəhərində silahlı şəxs mağazaya daxil olaraq, bir neçə nəfəri yaralayıb.
RegionTV.info xəbər verir ki, bu barədə “New Zeland Herald” nəşri bildirib.
Nəşrin məlumatına görə, hücum zamanı azı dörd nəfər müxtəlif xəsarətlər alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Polis bildirib ki, hadisəni törədən şəs polis tərəfindən güllələnib.
Mağazanın yerləşdiyi ərazi və ona yaxın küçələr polis tərəfindən mühasirəyə alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş