Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Nə Türkiyə, nə Qətər bunu təkbaşına həll edə bilməyəcək” - Çavuşoğlu

Kabil aeroportu birinci mərhələdə hərbi aviasiya vasitəsilə təxliyyə üçün açıla bilər, daha sonra isə müntəzəm hava əlaqəsinin bərpası məsələsinin müzakirəsi mümkündür.
 
RegionTV.info  xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu niderlandlı həmkarı Siqrid Kaaq ilə birgə mətbuat konfransında bildirib.
 
“Türkiyə “Taliban”a Kabil aeroportunun hərtərəfli təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini diqqətə çatdırdı. Beynəlxalq ictimaiyyətin etimadını doğuran addımlar lazımdır”, - Çavuşoğlu vurğulayıb.
 
Türkiyəli nazirin sözlərinə görə, Kabil aeroportu məsələsində əsas məqam təhlükəsizliyin tam təmin olunmasıdır. “Nə Türkiyə, nə Qətər bu məsələni təkbaşına həll edə bilməyəcək”, - deyə Çavuşoğlu qeyd edib.
 
Türkiyə diplomatiyasının rəhbəri özəl şirkətlərin Əfqanıstan paytaxtının beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsi prosesinə cəlb edilməsinin mümkünlüyünü istisna etməyib.
 
“Ankara hər hansı bir ölkə tərəfindən Kabildən təxliyyə edilmiş əfqanları da müvəqqəti qəbul etməyi planlaşdırmır. Biz əvvəldən belə bir təklifin qəbul edilməsi ehtimalını rədd etmişik”, - nazir deyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də