Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyanın siyasi qərarı: "Heç kim Qarabağa getməsin"

Qondarma rejiminin qalıqlarının "müstəqillik günü" nü qeyd etmək üçün heç bir Ermənistan hökumətinin üzvü Qarabağa getməyib. 

RegionTV.info  xəbər verir ki, bu barədə "Radio Azatutyun" yazır.
 
Baş nazir Nikol Paşinyanın Qarabağa niyə getmədiyini soruşduqda, hökumət aparatının mətbuat xidməti qısaca cavab verib: baş nazir 31 avqustdan bəri üç günlük məzuniyyətdədir.
 
Hökumət iclasından sonra yüksək texnologiyalı sənaye naziri Vahaqn Xaçatryan Paşinyanın Qarabağa getməmək qərarının siyasi olduğunu bildirib. Qeyd edək ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra Paşinyanın Qarabağda olmayıb.
 
"Siyasi bir qərar verilib, başqa bir şey axtarmayın", - Xaçatryan qeyd edib. Hökumət üzvü bu siyasi qərarın səbəbinin nə olduğunu izah etməyib.
 
"Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyanın fikrincə, Qarabağda Ermənistanın yüksək vəzifəli rəsmilərinin olmaması "hakimiyyətin Azərbaycanın diktə etdiyi oyun qaydalarını qəbul etməsi" deməkdir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də