Xəbər verdiyimiz kimi, ötən həftə Bakının Xətai rayonu ərazisində “Gənclik” parkının açılışı olub.
RegionTV.info xəbər verir ki, açılışdan bəri şəhər sakinlərinin böyük maraq göstərdiyi parkdakı hazırkı vəziyyət ürəkaçan deyil.
Zibillər pərakəndə şəkildə ətrafa atılıb, parkda natəmizlik hökm sürür.
Parkdakı natəmizliklə bağlı görüntülər qısa zamanda sosial şəbəkələrdə də yayılıb.
Parkdakı üzücü vəziyyət natəmizliklə də yekunlaşmır. Burada quraşdırılan əyləncə vasitələrindən kobud şəkildə istifadə olunur.
Elə əlillər üçün nəzərdə tutulan hissədə də vəziyyət ürəkaçan deyil. Uşaqlarını nəzarətsiz buraxan valideynlər bununla da istirahətə, eləcə də, əyləncəyə daha çox ehtiyacı olan vətəndaşlarımızı bu imkandan məhrum edirlər.
Xəbəri paylaş