Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BMT: “Əfqanıstanda jurnalistlərə görə məsuliyyət “Taliban”ın üzərinə düşür”

“Kabildəki həmkarlarım Əfqanıstanda fəaliyyət göstərən, müxtəlif ölkələrdən olan jurnalistlərlə əlaqədədirlər, onlara lazım olan bütün humanitar dəstək verilir”.

RegionTV.info  xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi mətbuat konfransında deyib.

"Jurnalistlər istənilən cəmiyyətdə əvəzsiz xidmət göstərir. Xüsusilə Əfqanıstanda qadın jurnalistlərin öz işlərini qorxusuz icra etməsinin məsuliyyəti “Taliban”ın üzərinə düşür", - o bildirib.

Qeyd edək ki, “Taliban” hərəkatının sözçüsü bir neçə gün əvvəl jurnalistlərin bölgədə fəaliyyəti üçün heç bir maneənin olmadığını bildirib. Beynəlxalq Jurnalistlər Federasiyasının yaydığı məlumata görə, dünyanın qabaqcıl media qurumlarında çalışan yüzlərlə KİV nümayəndəsi Əfqanıstanda akkreditə olmaq üçün müraciət edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də