Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Brent" markalı neftin barreli 80 dolları keçə bilər

2021-ci ilin dördüncü rübündə "Brent" markalı xam neftin qiyməti bir barel üçün 80 ABŞ dollarını keçə bilər.

RegionTV.info  xəbər verir ki, bunu "Goldman Sachs"ın baş analitiki Ceff Karri CNBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, "qara qızıl"ın bahalaşmasının səbəbi məhdud təklif və sabit tələb ola bilər.

"Neftə olan tələbat pandemiyadan əvvəlki səviyyəyə çatır. Hazırda əsas məsələ tədarükün fasiləsiz olmasını təmin etməkdir", - Karri əlavə edib.

Qeyd edək ki, ötən gün Bakı vaxtı ilə saat 23:00-ə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 72,85 dollar/barelə bərabər olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də