Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Siz xalqımızın Ümummilli lideri Heydər Əliyevin nəhayətsiz işlərini şərəflə davam etdirərək doğma Azərbaycanımıza misilsiz uğurlar qazandırırsınız. Sizin rəhbərliyinizlə dövlətimiz günbəgün inkişaf edir, çiçəklənir. Bütün sahələrdə əldə etdiyiniz nailiyyətlər bizləri çox sevindirir və qəlbimizi fərəhlə doldurur. Bu gün təkcə paytaxtımız Bakının deyil, bütün şəhər və rayonlarımızın sürətlə inkişaf etməsi, Azərbaycanımızın böyük sənaye, idman və mədəniyyət ölkəsinə çevrilməsi, dünyanın diqqət mərkəzində olması Sizin adınızla bağlıdır.
Möhtərəm Prezident, bu günlərdə Sizin təşəbbüsünüzlə “Kəlbəcər” neftdaşıyan tankerinin istifadəyə verilməsini Kəlbəcər ictimaiyəti rəğbətlə qarşılamışdır. Belə bir sevinci bizlərə bəxş etdiyinizə görə Zati-alilərinizə Kəlbəcər ictimaiyyəti, ziyalıları adından təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mən Kəlbəcər camaatı ilə ən çox ünsiyyətdə olan bir ağsaqqal kimi Sizə bildirmək istəyirəm ki, kəlbəcərlilər Sizə son dərəcə böyük ehtiram göstərir, apardığınız siyasəti dəstəkləyir və hər bir işinizdə Sizinlə birlikdə olmaqdan qürur duyurlar.
Möhtərəm Prezident, bir daha Sizə Kəlbəcər adını uca tutduğunuz üçün rayon ictimaiyyəti, ziyalıları və eləcə də el sənətkarı Aşıq Şəmşirin ailə üzvləri adından hörmət və ehtiramımı bildirirəm. Ona da əminik ki, Siz doğma Vətənimizin adını daha da ucaldacaq, insanlara daha gözəl həyat bəxş edəcək və bizi doğma torpaqlarımıza qovuşduracaqsınız.
Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun.
Kəlbəcər rayon ictimaiyyəti adından dərin hörmət və ehtiramla,
Qənbər Qurbanov,
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri