Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhriyar Əbilov “AzTV”də aparıcılıq edəcək

Aktyor və aparıcı Şəhriyar Əbilov “AzTV”də fəaliyyət göstərəcək.

RegionTV.info  xəbər verir ki, bu haqda Əbilov sosial şəbəkə hesabında bildirib.

O, aparıcısı olduğu “1AzTV” verilişindən görüntülər yayımlayaraq bu sözləri əlavə edib: “Yeni mövsümdən “AzTV” kanalında “1Aztv” ilə qarşınıza çıxacağıq”.

Məlumat üçün bildirək ki, sözügedən proqramın aparıcısı müğənni Mehin Hümbətova idi. O, sosial şəbəkə hesabında açıqlama verərək verilişin yayımının davam etdiyini, sadəcə heyəti yarı yolda qoymamaq üçün kanaldan öz istəyi ilə ayrıldığını bəyan edib. “Növbəti pulsuz çalışan komandaya uğurlar arzu edirəm” - deyən sənətçi verilişin yeni komandasına söz də atıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də