Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu, ev sahibəsinin kürəkəni T.Kərimovdur. O, törətdiyi əməli etiraf edib.
Xəbəri paylaş