
RegionTV.info xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bu dəfəki videoçarxda Laçın rayon sakini Azər Rəsulov və Ağdam rayon sakini Nicat Cəlilov danışır.
"Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinlərinin möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər",- məlumatda bildirilib.