Türkiyə ordusu Suriyanın şimalında top atəşləri ilə 9 terrorçunu zərərsizləşdirib.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgəyə cənub istiqamətindən atəş açan terrorçulara top atəşləri ilə təsirli cavab verilib. 9 PKK/YPG terrorçusu məhv edilib.
Xəbəri paylaş