Azərbaycanda dəhşətli ailə dramı baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.
Tanınmış həkim Qalib Əsədov və “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıblar ki, əri tərəfindən zorakılığa məruz qalan Aytən Niftəliyeva və körpəsi Tahirə vəfat ediblər.
Bildirilir ki, 30 avqust 2021-ci il tarixində Niftəliyeva Aytən qızı Tahirə ilə birlikdə əri Niftəliyev Rəhman tərəfindən döyülüb.
Ərindən qaçmaq istəyən Aytən canını qurtarmaq üçün yaşadıqları 3 mərtəbəli binanın damına çıxıb. Əri də onun arxasınca dama çıxıb və qızın üstünə gedib. Nəticədə Aytən və körpəsi Tahirə yerə yıxılıblar. Uşaq hadisə yerində vəfat edib.
Qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qadının qaraciyər və dalağı cırılıb. Bağırsaqlar zədələnib. Baldır, daban, oma sümükləri sınıb, fəqərələr kompression sınıb, kəllə sümüklərində, əsasında, almacıq sümüyündə sınıqlar, qabırğalar da sındığından ikitərəfli pnevmotoraks yaranıb. Həkimlərin səyinə baxmayaraq, Niftəliyeva Aytənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə araşdırılır və yaxın saatlarda ətraflı məlumat veriləcək.
QALEREYA
Xəbəri paylaş