"İlk hissədə oyuna daha çox nəzarət edən tərəf biz idik. Əlbəttə, bunda erkən qol vurmağımızın da səbəbi vardı".
RegionTV.info-nun məlumatına görə, bunu Lüksemburq millisinin baş məşqçisi Lük Holts evdə Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: "İkinci hissədə rəqibin daha çox üzərimizə gələcəyini gözləyirdik. Elə də oldu. Cərimə zərbəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaltdı. Xüsusən, oyunun sonları bizim üçün asan keçmədi. Üç oyundan 6 xal toplamışıq. Təbii ki, bu nəticə məni olduqca qane edir".
Xəbəri paylaş