Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tamilla Qulaminin qızı və qardaşı oğlu Qəbələyə gedibmiş

"Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu Qəbələyə gedibmiş.
 
RegionTV.info-nun xəbərinə görə, bu barədə T.Qulami özü məlumat verib.
 
O bildirib ki, hadisə olan gün qızını qardaşıgilə aparıb: “Qardaşımın övladları bu yaxınlarda Qəbələdən istirahətdən qayıdıblar. Məsləhətləşiblər ki, qızıma da Qəbələni göstərsinlər. Taksi ilə Qəbələyə yollanıblar. Qəbələyə çatanda telefonlarının enerjiləri bitib. Dərhal geri qayıdıblar. Sürücü onlara kömək edib, bizimlə əlaqə saxlamalarına şərait yaradıb”.
 
T.Qulami axtarış aparan polis əməkdaşlarına təşəkkürünü bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də