Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Körpəsini küçəyə atan valideynləri hansı cəza gözləyir? - VİDEO

Gəncədə 5 aylıq körpə qızın küçəyə atılması hadisəsi uşaqların müdafiəsini və hüquqlarını yenidən gündəmə gətirib.

RegionTV.info  xəbər verir ki, Azərbaycan sağlam ailə institutu olan ölkələr sırasında olsa da, təəssüf ki, ölkəmizdə də öz körpəsindən imtina hallarına rast gəlinir.

Ötən ay Sumqayıt, Ucar və Ağcabədidə körpə uşaqların valideynləri tərəfindən küçəyə atılması hadisəsi cəmiyyətdə geniş əks-səda doğurdu, belə valideynlərə qarşı ictimai qınağın şahidi olduq.

Rəyini soruşduğumuz şəhər sakinlərinin belə faktlara münasibəti birmənalıdır. Onlar belə davranışların ana adına yaraşmadığını bildirirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin əməkdaşı Şəbnəm Mehdiyeva deyir ki, uşaqların atılması ilə bağlı qanunvericilikdə valideynlər üçün birbaşa məsuliyyət nəzərə tutulmayıb. Lakin şəxsin təhlükəli vəziyyətdə qoyulması ilə bağlı hüquqi məsuliyyət var.

Köməksiz vəziyyətdə olan şəxsin həyatına təhlükə yaratmış şəxs, yəni körpəsini küçəyə atmış valideyn müvafiq maddə əsasında 1000 manatdan 1500 manatadək cərimə oluna, bir ilədək sınaq işləri və ya 6 aylıq həbslə cəzalandırıla bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də