Türkiyənin məşhur aktyoru Nüsrət Çetinel 69 yaşında dünyasını dəyişib.
RegionTV.info xəbər verir ki, aktyor bir ildir xərçəng xəstəliyindən müalicə olunurdu. O, xəstəxanada vəfat edib.
Nüsrət Çetinel “Bizim evin halleri”, “Öyle bir geçer zaman ki”, Muhteşem yüzyıl”, “Eyvah babam”, “Son ağa”, “İsimsizler” və digər seriallarda rol alıb. 1976-cı ildən TRT-də dublyaj sənətçisi kimi çalışan aktyor “Rafadan tayfa”, “Pembe Panterin dönüşü”, “Jetgiller”, “Polis akademisi” kimi layihələrdə səsləndirmə edib.
Fotonu təqdim edirik:
Xəbəri paylaş